Türkiyədə bir ailənin 3 üzvü qəzada həyatını itirib - FOTOLAR

   Türkiyədə bir ailənin 3 üzvü qəzada həyatını itirib -  FOTOLAR
  01 Aprel 2024    Oxunub:1403
Türkiyənin Manisa vilayətinin Salehli rayonunda ağır yol qəzası meydana gəlib.
AzVision.az xəbər verir ki, hadisə İzmir-Ankara magistral yolunda qeydə alınıb.

Qəza zamanı minik avtomobili sabun daşıyan iri tonnajlı yük maşınına arxadan çırpılıb.

Nəticədə maşındakı bir ailənin 3 üzvü (ata, ana və qız) ölüb, bir uşaq isə xəsarət alıb.

Hadisə yerinə təcilli yardım, yanğınsöndürən və polis qüvvələri göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   hadisə   qəza  





Xəbər lenti