Bakıda və Abşeron yarımadasında hava tozludur

   Bakıda və Abşeron yarımadasında hava tozludur
  02 Aprel 2024    Oxunub:787
Bu gün gecə saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva AzVision.az -a bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır.

“Peyk görüntülərinə əsasən tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır. Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”.

AzVision.az


Teqlər:





Xəbər lenti