Putin, Sisi və Ştanmayerin Türkiyəyə səfəri apreldə baş tuta bilər

  Putin, Sisi və Ştanmayerin Türkiyəyə səfəri apreldə baş tuta bilər
  02 Aprel 2024    Oxunub:943
Rusiya prezidenti Vladimir Putin, Misirin başçısı Əbdülfəttah əs-Sisi və Almaniya Federativ Respublikasının rəhbəri Frank-Valter Ştanmayer apreldə Türkiyəyə səfər edə bilərlər.
Bu barədə “Milliyet” qəzeti mənbələrə istinadən məlumat yayıb. Rəsmilər hələlik bu məlumatı təsdiqləməyib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Ramazan ayında ənənəvi iftar süfrəsində Putinin bələdiyyə seçkilərindən sonra gözlənilən səfərini açıqlamışdı.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Türkiyəyə səfərinin dəqiq tarixlərinin hələ müəyyən edilmədiyini və diplomatik kanallar vasitəsilə razılaşdırılacağını qeyd edib.

Türkiyə paytaxtındakı diplomatik mənbə TASS-a bildirib ki, Rusiya liderinin səfəri üzərində iş gedir və onun tarixləri tərəflər razılaşdıqdan sonra açıqlanacaq.

Əbdülfəttah əs-Sisinin Ankaraya səfəri Türkiyə ilə Misir arasında münasibətlərin normallaşması baxımından əhəmiyyətli olmalıdır. “Milliyet” xəbər verir ki, Almaniya prezidenti 10 ildə ilk dəfə Türkiyəyə rəsmi səfər edəcək. Nəşr həmçinin Ərdoğanın aprelin sonunda qonşu İraqa səfərini də elan edib və səfər zamanı PKK-ya qarşı mübarizədə əməkdaşlıq məsələlərinin müzakirə edilməsi planlaşdırılır.

May ayında Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Mitsotakisi Ankarada qəbul etməyi planlaşdırır, o, Ərdoğanın ötən il Afinaya səfərindən sonra cavab səfəri edəcək. Türkiyə liderinin may ayında ABŞ-a səfəri də planlaşdırılır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti