Türkiyədə bələdiyyə seçkiləri: Hökumətdə istefalar olacaq

    Türkiyədə bələdiyyə seçkiləri:    Hökumətdə istefalar olacaq
  02 Aprel 2024    Oxunub:1159
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə martın 31-də keçirilən bələdiyyə seçkilərində rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının məğlubiyyətindən sonra hökumətdə bir neçə naziri dəyişə bilər.
Bu barədə “Sözcü” telekanalı məlumat yayıb. Nəşr kimin postlarını tərk edə biləcəyini dəqiqləşdirməyib. Ərdoğanın partiyası 2002-ci ildən bəri ilk dəfə seçkilərdə məğlub olub. Ana müxalifət olan Cümhuriyyət Xalq Partiyası 37,76%, AKP isə 35,48% səs toplayıb.

Müxalifət 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində qalib gəldikdən sonra İstanbul, Ankara, İzmir, Antalya da daxil olmaqla, böyük şəhərləri tutub.

Türkiyə prezidenti partiyasının məğlubiyyətini etiraf edib və “ciddi nəticələr” çıxaracağına söz verib. Belə ki, bu gün onun sədrliyi ilə hakim partiyanın icraiyyə komitəsinin iclası keçiriləcək və orada martın 31-də keçirilən səsvermənin nəticələri müzakirə olunacaq.

Türkiyədə seçkilərin nəticələrini şərh edən sosioloqlar qeyd edirlər ki, AKP-nin məğlubiyyətinin əsas səbəbləri ölkədə yaşanan iqtisadi çətinliklər və yerli sakinlərin maddi vəziyyətindən narazı olmasıdır.

İqtidaryönlü “Hürriyet” qəzeti isə yazıb: “İqtisadiyyatı normal vəziyyətə salmaq, pensiyaçıların problemini, yaşayış minimumunun qalxmasını həll etmək lazımdır.

AKP-nin məğlubiyyətinin əsas səbəbi budur, partiyada ciddi dəyişikliklərə ehtiyac var, onun içində xalqdan uzaq, onlara yuxarıdan aşağı baxan insanlar var. Partiya onlardan mümkün qədər tez qurtarmalıdır. Xalq iqtidarı xəbərdar edib, müxalifətə haqq verib”.

Nəşr qeyd edir ki, Türkiyənin hakim partiyasına etimadsızlıq ilk növbədə AKP elektoratının əsasını ənənəvi olaraq təşkil edən yaşlı seçicilər tərəfindən ifadə olunub.

Qəzet Türkiyə üzrə seçkilərdə fəallığın aşağı olmasına da (78,1%) diqqət çəkib və bunun maliyyə vəziyyətindən narazı olan ictimai sektor nümayəndələrinin seçkilərdə iştirak etməməsi ilə bağlı ola biləcəyini göstərir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti