İran prezidenti: İsrailin konsulluğa zərbəsi cavabsız qalmayacaq

      İran prezidenti:    İsrailin konsulluğa zərbəsi cavabsız qalmayacaq
  02 Aprel 2024    Oxunub:889
İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbə cavabsız qalmayacaq.
Bunu İran prezidenti İbrahim Rəisi deyib.O, daha sonra fikirlərini belə davam etdirib: “İsrail dəfələrlə uğursuzluqları və məğlubiyyətlərinə görə kor-koranə hücumdan istifadə edir. Amma bilməlidir ki, bu cür hərəkətləri ilə heç vaxt öz məqsədlərinə nail olmayacaq. Və bu cinayət cavabsız qalmayacaq”.

Qeyd edək ki, martın 1-də İsrail İranın Suriyanın Dəməşq şəhərindəki konsulluğuna raketlə hücum edib. Zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı və beş hərbi müşavir həlak olub. Hücumda ölənlərin ümumi sayı, son məlumatlara görə, 11-ə yüksəlib. Ölənlər arasında üç suriyalı və bir livanlı da var.

AzVision.az


Teqlər:





Xəbər lenti