1 yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı - Foto

  1 yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı -    Foto
  02 Aprel 2024    Oxunub:1555
Nəbili Məhəmmədin övladı üzərindən sosial şəbəkələrdə izləyici qazanmaq istəyib.
Atanın 1 yaşlı uşağa siqaret çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elbrus İbrahimov bildirib ki, övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb. O, əməlini sosial şəbəkələrdə auditoriya toplamaq məqsədi ilə izah edib.

Nəbili Məhəmməd barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.



AzVision.az


Teqlər:





Xəbər lenti