Rusiya zavodları süni intellektli PUA-larla vurulurmuş

Rusiya zavodları    süni intellektli PUA-larla    vurulurmuş
  02 Aprel 2024    Oxunub:692
Rusiyanın enerji sənayesini məhv etməyə çalışan Ukrayna pilotsuz təyyarələri süni intellektlə işləyirlər. Hələ ki, bu sistem işə yarayır.
Bu fikirlər CNN-də dərc olunan məqalədəndir.

Tatarıstanda PUA hücumu qurbanlarının sayı artdı - YENİLƏNİB
Müəllif qeyd edib ki, Ukrayna PUA-ları Rusiyanın iri neft emalı zavodlarının yerləşdiyi Moskva, Ryazan və digər şəhərlərə uğurla uçuşlar həyata keçirə bilirlər.

Rusiyanın hava hücumundan müdafiəsi sistemləri isə süni intellektlə işləyən bu müasir aparatların öhdəsindən gələ bilmir. Məhz bu səbəbdən təşkil olunan hava hücumları getdikcə daha uğurlu olur.

Məqalədə o da vurğulanıb ki, Kiyevin bu cəsarətli zərbələri Qərbin sanksiyaları fonunda Moskvanın müharibə iqtisadiyyatı üçün ən böyük gəlir mənbəyi saydığı nəhəng neft və qaz sənayesinə ciddi zərbə vurur: "Hücumlar daha uzun mənzilli və qabaqcıl texniki imkanlara malik dronların işə salınması sayəsində uğurlu olub. PUA-ların bəzilərinə onları güclü naviqasiya etməyə və maneələrdən qaçmağa şərait yaratmaq üçün süni intellektin əsas forması inteqrasiya edilir. Hər bir təyyarədə peyk və ərazi məlumatları olan bir prosessor var".
AzVision.az



Teqlər:   PUA   Rusiya   Ukrayna  





Xəbər lenti