Zelenskinin keçmiş müşaviri həbs edildi

Zelenskinin keçmiş müşaviri  həbs edildi
  02 Aprel 2024    Oxunub:1052
Ukraynada qalmaqallı həbs həyata keçirilib. Bu barədə xarici KİV məlumat yayıb.
Qeyd edilir ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu prezident Vladimir Zelenskinin keçmiş müşavirinin rəhbərlik etdiyi qrupun saxlanıldığını açıqlayıb.

“Qrupun fəaliyyəti nəticəsində hərbi vəziyyət dövründə transformatorların alınması zamanı 94,8 milyon qrivna (təxminən 2,5 milyon dollar-red.) mənimsənilib. İstintaq müəyyən edib ki, mütəşəkkil dəstə 2021-ci ildə Ukrayna Dəmir Yoluna aid vəsaitlərə nəzarət etmək məqsədi ilə yaradılıb”, - məlumatda deyilir.

Ukraynanın güc strukturları saxlanılan keçmiş müşavirin adını açıqlamayıb. Ukrayna parlamentinin üzvü Aleksey Qonçarenko isə öz Telegram kanalında həbs olunan şəxsin Artem Şilo olduğunu yazıb.

AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti