100-dən çox insanı xilas edən yeniyetmə Dumada mükafatlandırıldı

 100-dən çox insanı xilas edən yeniyetmə  Dumada mükafatlandırıldı
  02 Aprel 2024    Oxunub:939
“Crocus City Hall”da terror aktı zamanı 100-dən çox insanı xilas etmiş 15 yaşlı İslam Xəlilov Rusiya Dövlət Dumasında mükafatlandırılıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Mükafatlandırma mərasimi qurumun nümayəndələrinin, Qırğızıstan parlamenti ilə əlaqələr üzrə deputat qrupunun üzvlərinin və qırğız diplomatların, o cümlədən Qırğızıstanın fövqəladə və səlahiyyətli səfiri Gülnara-Klara Samatın görüşü çərçivəsində baş tutub.

Terrorda insanları qurtaran müsəlman gəncə mükafat verildi
Qeyd edilir ki, qəhrəman yeniyetməyə “Qırğızıstanla Dostluq Cəmiyyəti” qeyri-kommersiya təşkilatının təşəbbüsü ilə Rusiya universitetlərindən birində təhsil almaq üçün qrant da ayrılıb.

Xatırladaq ki, "Crocus City Hall"un qarderob bölümündə yarımştatla işləyən İslam Xəlilov terrorçularun konsert salonuna silahlı basqını zamanı 100-dən çox insanı dəhlizə yönəltməklə nəzarəti ələ keçirib və onların binanı tərk edərək təhlükəsiz yerə çatmasına şərait yaradıb.

Xəlilovun evakuasiyanı həyata keçirərkən mobil telefonnla çəkilən videogörüntülər sosial şəbəkədə yayılıb.

AzVision.az



Teqlər:   Duma  





Xəbər lenti