Lukaşenko: "Müharibəyə hazırlaşırıq"

   Lukaşenko:    "Müharibəyə hazırlaşırıq"
  02 Aprel 2024    Oxunub:1005
Belarus prezidenti Aleksandr Lukaşenko diqqət çəkən açıqlamalar verib.
AzVision.az BELTA-ya istinadən xəbər verir ki, o, ölkəsinin müharibəyə hazırlaşdığını bəyan edib. Bununla belə, ölkə başçısı Minskin heç kimlə döyüşmək istəmədiyini də bəyan edib.

Belarus Ukrayna və Litva ilə sərhəddə genişmiqyaslı təlimlərə başladı
Lukaşenko vurğulayıb ki, Belarus öz gələcəyini dinc qurmaq istəyir. Minsk yalnız quruculuq işlərinə sadiqliyini göstərir.

“Döyüşmək istəyində olduğumuzu deyənlərin heç birinə inanmayın. Biz müharibəyə hazırlaşırıq və mən bu barədə açıq deyirəm. "Sülh istəyirsənsə, müharibəyə hazırlaş" - bu məşhur fikri mən fikirləşməmişəm. Kəlam çox düzgün deyilib”, - Belarus prezidenti Qrodnoya işgüzar səfəri zamanı deyib.

Onun sözlərinə görə, hazırda ölkədə bununla bağlı müvafiq hazırlıqlar gedir. Lakin Minsk heç kimi hədələmir: “Biz başqasının torpağını istəmirik”.
AzVision.az



Teqlər:   Belarus  





Xəbər lenti