Rusiyada ikonalarda partlayıcı aşkarlandı - VİDEO

Rusiyada ikonalarda partlayıcı aşkarlandı    - VİDEO
  02 Aprel 2024    Oxunub:803
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Pskov vilayətində külli miqdarda partlayıcı maddə aşkarlayıb.
AzVision.az xəbər verir ki, bu barədə FSB məlumat yayıb. Qurumun yaydığı videoda ələ keçirilən ikonaların içində heksogenlərin gizlədildiyi aşkar görünür. Bu isə beş mərtəbəli binanı partlatmaq üçün kifayət edir. Kəşfiyyat xidmətinin məlumatına görə, aşkarlanan yük Moskvaya gedirmiş.

“Güclü plastik partlayıcı olan heksogen ikonaların içinə yerləşdirilib. Bu partlayıcının gücü TNT-ninkindən iki dəfəyə yaxın çoxdur. Müsadirə edilmiş partlayıcının kütləsi beşmərtəbəli yaşayış binasını partlatmaq üçün kifayət edir”, - Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Pskov vilayəti üzrə xüsusi şöbəsinin rəisi Dmitri Belotserkovski deyib.

Partlayıcı maddəni daşıdığına görə saxlanılan şəxs yükü Rusiya paytaxtına aparmaq niyyətində olduğunu etiraf edib.


AzVision.az



Teqlər: Rusiya   Partlayıcı  





Xəbər lenti