Xocavənddə mikroavtobus aşıb: 9 yaralı

   Xocavənddə mikroavtobus aşıb:    9 yaralı
  02 Aprel 2024    Oxunub:1162
Xocavənd rayonunda mikroavtobus aşması nəticəsində 9 nəfər xəsarət alıb.
AzVision.az xəbər verir ki, hadisə rayonun Cəmiyyət kəndində qeydə alınıb.

İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birinə məxsus fəhlə daşıyan mikroavtobus aşıb.

Biləsuvar rayon sakini Pənah Quliyevin idarə etdiyi "Mercedes" markalı sərnişin mikroavtobusunun əyləc sistemində yaranan nasazlıq səbəbindən sürücü idarəetməni itirib. Nəticədə mikroavtobus aşıb.

Qəza nəticəsində mikroavtobusdakı 17 nəfərdən 9-u xəsarət alıb. Xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər: hadisə   qəza   Xocavənd  





Xəbər lenti