"Qarabağ" "Neftçi"yə qalib gəlib
!["Qarabağ" "Neftçi"yə qalib gəlib "Qarabağ" "Neftçi"yə qalib gəlib](https://azvision.az/photos/2024/04/98418-1712081818.jpg)
Matçda hesabı 14-cü dəqiqədə penaltidən Toral Bayramov açıb. O, 29-cu dəqiqədə dublunu rəsmiləşdirib. 37-ci dəqiqədə Marko Yankoviç üçüncü qolu meydan sahiblərinin qapısından keçirib. Matçın yekun nəticəsini 86-cı dəqiqədə Nəriman Axunzadə müəyyənləşdirib.
Komandaların arasında cavab qarşılaşması aprelin 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Yarımfinalın digər oyunu aprelin 3-də "Zirə" və "Qəbələ" arasında keçiriləcək.
AzVision.az
Teqlər: