BƏƏ Qəzzaya humanitar yardımı dayandırıb

   BƏƏ Qəzzaya humanitar yardımı dayandırıb
  02 Aprel 2024    Oxunub:952
Birləşmiş Ərəb Əmirlikləri Qəzzaya Kiprdən dəniz vasitəsilə humanitar yardım təminatını dayandırıb.
AzVision.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bu addıma səbəb kimi Qəzzada "World Central Kitchen" yardım qrupunun 7 əməkdaşının İsrailin hücumu nəticəsində həyatını itirməsi göstərilib.

Belə ki, İsrailin növbəti hücumları ilə bağlı təhlükəsizlik zəmanəti və əməkdaşların ölüm faktı barədə təhqiqat irəli sürülməyincə humanitar yardım çatdırılması dayandırılacaq.

Xatırladaq ki, Qəzza zolağına Kiprdən dəniz vasitəsilə göndərilən humanitar yardım BƏƏ tərəfindən maliyyələşdirilir və "World Central Kitchen" yardım qrupu tərəfindən həyata keçirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: BƏƏ   Qəzza   humanitar-yardım  





Xəbər lenti