Tavanda güclü zəlzələ: 4 nəfər ölüb, 97 nəfər yaralanıb

   Tavanda güclü zəlzələ:    4 nəfər ölüb, 97 nəfər yaralanıb
  03 Aprel 2024    Oxunub:811
Tayvan sahillərində baş verən 7,4 bal zəlzələ nəticəsində azı 4 nəfər ölüb, ən azı 97 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Tayvanın "Zhongshi Xinwenwan" informasiya portalı məlumat yayıb.

Daha əvvəl “Reuters” adanın yanğınsöndürmə idarəsinə istinadən 1 ölü və 50-dən çox yaralı haqqında məlumat yayıb.

Zəlzələ Pekin vaxtı ilə saat 07:58-də (Bakı vaxtı ilə 03:58) baş verib və bütün Tayvanda hiss olunub. Yerli seysmoloqların məlumatına görə, zəlzələnin episentri Hualyan şəhərindən 25 km cənub-şərqdə Sakit okeanda, zəlzələ ocağı isə 15,5 km dərinlikdə yerləşib. Bundan sonra ərazidə 20-dən çox yeraltı təkan qeydə alınıb.

Seysmoloqlar bunun Tayvanda son 25 ilin ən güclü zəlzələsi olduğunu qeyd ediblər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti