Ukraynadakı cinayətlərə görə Rusiyaya qarşı xüsusi tribunal yaradılır

   Ukraynadakı cinayətlərə görə Rusiyaya qarşı xüsusi tribunal yaradılır
  03 Aprel 2024    Oxunub:927
44 ölkənin nümayəndələri müharibə zamanı Ukraynaya qarşı törədilmiş cinayətlərə görə Rusiya üçün xüsusi tribunal yaradılması ideyasını dəstəkləyib.
AzVision.az xəbər verir ki, bu barədə RBC-Ukrayna Hollandiya hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Müvafiq bəyannamə “Ukrayna üçün ədalətin bərpası” konfransının yekunlarına əsasən qəbul edilib. Konfransda ümumilikdə 57 ölkə iştirak edib.

Sənədi 44 ölkə dəstəkləyib. Onların arasında Aİ-yə üzv ölkələr, Kanada, Gürcüstan, Yaponiya, Moldova, Yeni Zelandiya, Böyük Britaniya, ABŞ daxildir.

“Biz Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüz aktlarını qətiyyətlə pislədiyimizi bir daha təsdiqləyirik; bu aktlar, o cümlədən Ukraynanın regionlarının qanunsuz ilhaqına cəhd BMT Nizamnaməsinin, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və dövlətin məsuliyyətinə səbəb olur. Rusiya Federasiyası beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edir, beynəlxalq qaydalara əsaslanan nizama hörməti şübhə altına alır və demokratik dəyərləri sarsıdır”, - bəyanatda deyilir.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba X hesabında 44 ölkənin Rusiya üçün xüsusi tribunal yaradılmasınə dəstəkləmək qərarına cavab verib.

"Mən bu məsələdə nəticələrin əldə edilməsinin vacibliyini dərk edən bütün dövlətlərə minnətdaram. Əminəm ki, birlikdə çalışaraq, biz bütün lazımi həll yollarını tapa və tribunalı reallığa çevirə biləcəyik. Bunu etmək üçün biz daha bir təkan verməliyik”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti