İlham Əliyev İrana başsağlığı verdi

İlham Əliyev İrana başsağlığı verdi
  17 Aprel 2013    Oxunub:1296
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejada başsağlığı verib.
AzVision.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Ölkənizin cənub-şərqində baş vermiş zəlzələnin doğurduğu ağır nəticələr barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Allah rəhmət eləsin!".


Teqlər:  





Xəbər lenti