Erməni hərbçi əsgər yoldaşını bıçaqlayıb

   Erməni hərbçi əsgər yoldaşını bıçaqlayıb
  03 Aprel 2024    Oxunub:861
Ermənistan ordusunun əsgəri bıçaqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə ArmLur.am məlumat yayıb.

Qeyd edilir ki, insident aprelin 1-i axşam saatlarında baş verib.

"Hadisə gecə saat 00:00 radələrində Stepanavan rayonunun Xorenatsi küçəsində baş verib. Mübahisə edən A.M. və E.H. müqaviləli hərbi qulluqçular olublar. Onlar hərbi hissədə gündəlik məsələlər ətrafında mübahisə edirlərmiş. Mübahisə qızışıb və daha sonra söhbəti küçədə davam etdiriblər. Vəziyyət o həddə çatıb ki, A.M. ağır bıçaq xəsarəti alıb. O, təcili xəstəxanaya aparılıb", - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Bıçaq  





Xəbər lenti