Aeroportlarda VİP-dən istifadə edənlərin siyahısı genişlənib

   Aeroportlarda VİP-dən istifadə edənlərin siyahısı genişlənib
  03 Aprel 2024    Oxunub:803
Nazirlər Kabineti “Aeroportlarda (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərinin Siyahısı”nın təsdiq edilməsi haqqında 29 oktyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib.
AzVision.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Siyahıya ölkənin Təhlükəsizlik Şurası katibinin müavini əlavə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti