Zəlzələdən sonra 680 turist dağda köməksiz vəziyyətdə qaldı

Zəlzələdən sonra    680 turist    dağda köməksiz vəziyyətdə qaldı
  03 Aprel 2024    Oxunub:726
Tayvanın "Taroko" Milli Parkının dağlarında zəlzələdən sonra minə yaxın insan köməksiz vəziyətdə qalıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tayvan rəsmiləri məlumat yayıblar.

Qeyd edilir ki, parkda ümumilikdə 680 nəfərdən ibarət 215 turist qrupu fəaliyyət göstərir. Dağdan iri daşların uçması nəticəsində 2 nəfər xəsarət alıb, onlardan biri xəstəxanaya yerləşdirilib. Bundan əlavə, milli parkın ərazisində 300-dən çox insan yaşayır. "Taroko"nun isə 120 nəfər işçisi var.

AzVision.az



Teqlər: Zəlzələ  





Xəbər lenti