"Terror izləri Kiyevlə ABŞ-a aparır" - Patruşev

"Terror izləri Kiyevlə ABŞ-a aparır"    - Patruşev
  03 Aprel 2024    Oxunub:834
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev "Krokus" faciəsi ilə bağlı diqqət çəkən fikirlər səsləndirib.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, o, Moskva yaxınlığındakı "Crocus City Hallda" baş verən terror aktında Ukrayna və Amerika izlərinin olduğunu iddia edib.

FSB “Krokus“dakı terrorçulara silah daşıyanı saxlayıb
Patruşevin sözlərinə görə, Rusiyaya belə bir versiya tətbiq etməyə çalışırlar ki, "Krokus"da törədilən terror aktında yalnız İŞİD, radikal dini cərəyan tərəfdarları iştirak ediblər. Lakin Rusiya tərəfi daha çox "baş sponsor" və cinayətlərin sifarişçisinin müəyyənləşdirilməsində maraqlıdır.

“Bu izlər Ukrayna xüsusi xidmət orqanlarına aparır. Amma hamı yaxşı bilir ki, Kiyev rejimi müstəqil deyil və tamamilə ABŞ-ın nəzarətindədir”, - Rusiya Təhlükəsizlik Şurasının katibi qeyd edib.

O, həmçinin vaxtilə İŞİD-in, eləcə də Əl-Qaidənin yaranmasında Vaşinqtonun əlinin olmasını da xatırladıb.
AzVision.az



Teqlər:   Krokus   Terror   Kiyev   Rusiya   ABŞ  





Xəbər lenti