Zaxarova: "Aİ-nin İrəvandakı missiyası NATO missiyasına çevrilir"

   Zaxarova:    "Aİ-nin İrəvandakı missiyası NATO missiyasına çevrilir"
  03 Aprel 2024    Oxunub:1055
"Qərb ölkələri Ermənistanı Rusiya ilə qarşıdurmaya hazırlaşmaq üçün hərbi sənaye kompleksinə sponsorluq etməyə çağırır".
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova brifinqdə deyib.

“Qərblilərin səyləri ilə Aİ-nin Ermənistandakı missiyası mahiyyətcə NATO missiyasına çevrilir. Onlar Ermənistanı hərbi sənaye kompleksinə sərmayə qoymağa çağırırlar”, - Zaxarova qeyd edib.

Zaxarovanın sözlərinə görə, NATO hərbi blokunun liderləri anti-Rusiya isteriyasını stimullaşdırır, hərbi münaqişəyə hazırlışmaqla bağlı çağırışlar edirlər. Həmçinin onlar Avropadakı aşkar iqtisadi problemlər fonunda İrəvanı hərbi sənaye kompleksinə külli miqdarda vəsait yatırmağa sövq edirlər.
AzVision.az



Teqlər: İrəvan   Qərb  





Xəbər lenti