"Rusiya qanunu" deputatlar arasında davaya səbəb oldu - VİDEO

"Rusiya qanunu" deputatlar arasında davaya səbəb oldu    - VİDEO
  03 Aprel 2024    Oxunub:1037
Gürcüstan parlamentinin iclası deputatlar arasında gərgin mübahisə ilə başlayıb.
Gürcüstanın "Birinci Kanalı"nın yaydığı məlumata görə, müxalifəti təmsil edən “Mokalakib” (Vətəndaşlar) partiyasının üzvü Aleko Elisaşvili iqtidara qarşı sərt ittihamlar səsləndirib.

O deyib ki, hakim “Gürcü arzusu” partiyasının “Xarici agentlər haqqında” qanun layihəsini yenidən gündəmə gətirməsi hamı üçün təhqirdir. Bu, həmçinin “Rusiya qanunu”dur.

Parlamentin spikeri Şalva Papuaşvili isə deputatlardan “Rusiya qanunu” ifadəsini işlətməməyi tələb edib. Mübahisə edən deputatlar əlbəyaxa dava üçün bir-birini çölə dəvət ediblər.

AzVision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti