Rusiya Ermənistan və Azərbaycana çağırış etdi

   Rusiya Ermənistan və Azərbaycana çağırış etdi
  03 Aprel 2024    Oxunub:974
Rusiya Ermənistan və Azərbaycanı üçtərəfli dialoq mexanizmlərinin işini bərpa etməyə çağırır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. Onun sözlərinə görə, Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli mexanizmlərinin ritmik işini bərpa etməyin vaxtı çoxdan çatıb.

"Biz tərəfdaşlarımızı siyasi iradə nümayiş etdirməyə, Rusiyanın köməyi ilə ən çətin məsələlərin həlli yollarının axtarışına başlanılan formatlarda effektivliyini sübut etmiş əlaqələri bərpa etməyə, o cümlədən sərhədlərin delimitasiyası, regionda nəqliyyat və logistika marşrutlarının bağlanması və sülh müqaviləsinin hazırlanmasına çağırırıq".

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti