El Nino Afrikada aclığa səbəb oldu

   El Nino Afrikada aclığa səbəb oldu
  03 Aprel 2024    Oxunub:851
El Nino qlobal iqlim hadisəsinin yaratdığı quraqlıq Afrikanın cənub regionunda humanitar böhrana səbəb olub.
El Nino küləyin nizamının pozulması ilə əlaqəli təbii şəkildə baş verən iqlim hadisəsidir. O, Sakit Okeanın şərqində və mərkəzi hissəsində okean səthinin istiləşməsi ilə müşayiət olunur.

Artıq Zimbabve, Zambiya və Malavi rəhbərləri ölkədəki quraqlığı milli fəlakət elan ediblər. Bu il Zimbabvedə 2,7 milyondan çox insan ac qalacaq və onları fəlakətindən xilas etmək üçün azı 2 milyard dollardan artıq vəsait tələb olunur.

Yanvar-mart ayları arasında dörd rayonda 270,000 insanı qidalandıran Ümumdünya Ərzaq Proqramı və digər humanitar təşkilatlar aclıq vəziyyətini “ağır” adlandırıb, donorları daha çox yardım göstərməyə çağırıb.

Afrikanın qərbində Botsvana və Anqola, şərqdə isə Mozambik və Madaqaskar da aclıqla üzləşib.

AzVision.az



Teqlər:





Xəbər lenti