Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi azadlıqdan məhrum edilib
Məhkəmənin hökmü ilə təqsirləndirilən Tofiq Həsənov 10 il müddətinə azadlıqdan məhrum olunub.
Təqsirləndirilən şəxsin həmçinin "ədliyyə general-mayoru" rütbəsindən və "Vətən uğrunda medalından" mərhum edilməsi üçün həmin rütbəni və dövlət təltifini vermiş müvafiq orqana təqdimat göndərilməsi istənilib.
Prokuror Tofiq Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və rüşvət almaqda təqsrili bilinməklə 11 il müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.
Qeyd edək ki, barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində başlanılmış cinayət işi üzrə keçmiş Xidmət rəisi Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.
AzVision.az