"Zirə" "Qəbələ"yə qalib gəlib
!["Zirə" "Qəbələ"yə qalib gəlib "Zirə" "Qəbələ"yə qalib gəlib](https://azvision.az/photos/2024/04/76e4f1ed-06aa-3237-b037-a3d2b8dc3b28_850-1712165619.jpg)
Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Hesabı 51-ci dəqiqədə bakılıların qvineyalı hücumçusu Salifu Suma açıb. 15 dəqiqə sonra "Zirə"nin braziliyalı yarımmüdafiəçisi Rafael Utziq sabiq komandasını cəzalandırıb.
Kubokun son qalibi "Qəbələ" 90-cı dəqiqədə fərqi minimuma endirib. Feras Abu Akal cavab matçı ərəfəsində komandasının finala vəsiqə ümidini davam etdirib. Görüş "Zirə"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər cütdə ötən gün "Qarabağ" "Neftçi"ni səfərdə 4:0 hesabı ilə məğlub edib.
Mərhələnin cavab matçları aprelin 24-də keçiriləcək.
AzVision.az