Sankt-Peterburq Əmək və Əhalinin Məşğulluğu Komitəsinin sədri Bakıya gəlib

Sankt-Peterburq Əmək və Əhalinin Məşğulluğu Komitəsinin sədri Bakıya gəlib
  03 Aprel 2024    Oxunub:1132
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizə səfərə gəlmiş Rusiyanın Sankt-Peterburq şəhərinin Əmək və Əhalinin Məşğulluğu Komitəsinin sədri Dmitri Çerneyko ilə görüş keçirilib.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə əmək və məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində son illər aparılan islahatlar, DOST konsepsiyası barədə məlumat verib.

İcra olunan, ildən-ilə genişləndirilən aktiv məşğulluq proqramları, əmək və məşğulluq sahəsi üzrə innovativ həllərin, elektron texnologiyaların geniş tətbiqi istiqamətində görülən işlər, “Əmək və Məşğulluq” altsisteminin üstünlükləri diqqətə çatdırılıb.

Aparılan islahatlar prosesində digər ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlığa xüsusi önəm verildiyi vurğulanıb.

D.Çerneyko qurumlar arasında əməkdaşlığın, təcrübə mübadilələrinin əhəmiyyətini qeyd edib.

Görüşdə əmək və məşğulluq sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

AzVision.az


Teqlər: Azərbaycan   Rusiya   ƏƏSM   görüş  





Xəbər lenti