Qazaxıstanda 8 Özbəkistan vətəndaşı qəzada həyatını itirib

   Qazaxıstanda 8 Özbəkistan vətəndaşı qəzada həyatını itirib
  03 Aprel 2024    Oxunub:1198
Qazaxıstanın Aktobe şəhərində ağır yol qəzası baş verib.
AzVision.az xəbər verir ki, hadisə Samara-Çimkənd avtomobil yolunda qeydə alınıb.

"Volvo" markalı yük maşınının təkərinin partlaması nəticəsində sürücü idarəetməni itirib və qarşıdan gələn "Toyota" markalı mikroavtobusla toqquşub.

Hadisə nəticəsində 8 Özbəkistan vətəndaşı həyatını itirib.

AzVision.az


Teqlər: Qazaxıstan   hadisə   qəza  





Xəbər lenti