Fransanın keçmiş baş nazirinin iş yerində axtarış aparılıb

Fransanın keçmiş baş nazirinin iş yerində axtarış aparılıb
  04 Aprel 2024    Oxunub:948
Fransanın Havr şəhər bələdiyyəsinin binasında axtarış aparılıb.
Prokurorluğun həyata keçirdiyi axtarışda məqsəd bələdiyyənin hazırki sədri, keçmiş Baş nazir Eduard Filipin fəaliyyətini yoxlamaqdır.

Keçmiş hökumət başçısı barədə təhqiqat əməkdaşlardan birinin şikayəti əsasında başlanılıb. Eduard Filip nüfuz alveri, büdcə vəsaitini mənimsəmə və mənəvi zorakılıqda ittiham edilir.

Təhqiqatı Korrupsiya ilə Mübarizə Ofisi və Ruan şəhər polisi aparır.

AzVision.az


Teqlər:





Xəbər lenti