İŞİD Kəbəni yıxmaq qərarı verdi - VİDEO

İŞİD Kəbəni yıxmaq qərarı verdi - VİDEO
  30 İyun 2014    Oxunub:2099
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Əl-Anbar şəhərinin çöllərindən keçərək Səudiyyə Ərəbistanının Arur şəhərini nəzarət altına almaq qərarını verib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən verir ki, terror təşkilatının məqsədi `Allahın evi`nə-Kəbəyə çatmaqdır. İŞİD qrupu üzvlərindən biri bunu belə açıqlayıb: "Allahın izniylə, şeyximiz Əl-Bağdadinin liderliyi ilə Məkkə daşlarına ibadət edənləri öldürəcək və Allahın yerinə ibadət edilən Kəbəni dağıdacağıq".

"Ebu Turab el-Mukaddesi" adlı terrorist isə Twitter hesabından bunları yazıb :" İnsanlar daşlara toxunmaq üçün Məkkəyə gedirlər, Allah üçün yox. Allaha and olsun ki, Səudiyyə Ərəbistanını fəth edərsək Allahdan başqasına ibadət edilən Kəbəni yıxacağıq ".





Emin Piri



Teqlər:  





Xəbər lenti