Ukraynada döyüşmək istəyən keçmiş ÇAXAL hərbçisi saxlanıldı

Ukraynada döyüşmək istəyən    keçmiş ÇAXAL hərbçisi saxlanıldı
  04 Aprel 2024    Oxunub:955
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Krasnodar diyarında Ukrayna ordusunda döyüşmək istəyən İsrail Müdafiə Qüvvələri keçmiş hərbçisini saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qurumun yaydığı xəbərdə deyilir ki, saxlanılan şəxs 1960-cı il təvəllüdlü Lanzman Yuval adlı İsrail vətəndaşıdır. Təhlükəsizlik qüvvələri onun şəxsi məlumatlarını Rusiyada qadağan olunmuş müxtəlif təşkilatlara göndərməsini aşkarlayıb. Keçmiş hərbçi həmin təşkilatlara qoşulmaq arzusunda olduğunu bəyan edib.

Keçmiş ÇAXAL hərbçisinə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.5-ci (“Terror təşkilatının fəaliyyətində iştirak”) maddəsi üzrə rəsmi xəbərdarlıq edilib. Hüquq-mühafizə orqanları onun İsrailə getməsinə nəzarət edir. İsrail vətəndaşının Rusiyaya girişinə qadağa qoyulub.
AzVision.az



Teqlər: İsrail   Rusiya  





Xəbər lenti