Rusiya NATO-nu hədələdi: "Bazaları yandırarıq!"

   Rusiya NATO-nu hədələdi:    "Bazaları yandırarıq!"
  04 Aprel 2024    Oxunub:835
Əgər Ukrayna ərazisində Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) bazaları peyda olarsa, onlar məhv olacaq.
AzVision.az xəbər verir ki, bunu RT-yə açıqlamasında Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

“Bu bazalar yanacaq. Orada artıq Yavorovski poliqonu olub. Hansı ki, bu ərazidə NATO qoşunları təlim keçiblər...”, - Qruşko qeyd edib.

Rusiya XİN rəsmisi həmçinin Qərbə xəbərdarlıq edib ki, NATO-dan Rusiyaya hər hansı təhlükəsizlik təhdidi gələcəksə, bu, cavabsız qalmayacaq.
AzVision.az



Teqlər: NATO   Rusiya   XİN  





Xəbər lenti