Moskva aeroportunda tüstülənmə terror həyəcanı yaratdı

Moskva aeroportunda tüstülənmə terror həyəcanı yaratdı
  04 Aprel 2024    Oxunub:843
Rusiyanın Şeremetyevo hava limanında terror həyəcanı yaşanıb.
Bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, strateji obyektdə tüstülənmə sosial şəbəkələrdə ajiotaja səbəb olub. TASS isə aidiyyəti qurumlara istinadən yazıb ki, hava limanında sadəcə təlimlər keçirilib və tüstülənmə sadəcə terminallardan birində evakuasiya təlimi zamanı prosesin bir hissəti olub.

"Şeremetyevo hava limanında sadəcə təlim olub, yanğın baş verməyib", - agentlik yazıb.

Qeyd edilir ki, təlim artıq başa çatıb, hava limanı normal rejimdə işləyir.
AzVision.az



Teqlər:





Xəbər lenti