Yaralansa da, 30-a yaxın əsgər öldürdü

Yaralansa da,    30-a yaxın    əsgər öldürdü
  05 Aprel 2024    Oxunub:917
Hücum dəstəsinin yaralı pulemyotçusu “Burxat” ləqəbli Rodimir Maksimov təkbaşına 27 Ukrayna əsgərini öldürüb.
Bu barədə “İzvestiya” məlumat yayıb.

Nəşrin məlumatına görə, Donetskin Novomixaylovka bölgəsində aparılan ağır döyüşlər zamanı qrup komandiri ağır yaralanıb. Ona görə də “Burxat” komandanlığı öz üzərinə götürüb. O, dəstəsi ilə Ukrayna Silahlı Qüvvələrinin mövqelərindən birini ələ keçirib. “Burxat” Ukrayna hərbçilərinin beş əks-hücumunu dəf edib. Nəticədə, Rodomir Maksimov iki gün ərzində Ukrayna Silahlı Qüvvələrinin 27 əsgərini vura bilib.

Hərbi jurnalistlər yazırlar ki, döyüş zamanı pulemyotçu ayağından və qolundan yaralanıb. Lakin o, daha iki gün öz mövqeyini müdafiə etməyi bacarıb. O, öz dəstəsi ilə birlikdə bir tankı və Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbçisini sıradan çıxarsa da, daha bir xəsarət alıb.
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti