Şagirdlər mükafatlandırıldı - FOTOLAR

Şagirdlər mükafatlandırıldı - FOTOLAR
  17 Aprel 2013    Oxunub:1151

Bu gün Heydər Əliyev adına liseydə Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş uşaq və yeniyetmələrin texniki yaradıcılıq işlərinə Respublika baxış müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbir barədə məlumat verən təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, müsabiqə Təhsil Nazirliyinin əmri ilə rayon, şəhər və Respublika mərhələləri olmaqla 8-18 yaşlı məktəblilər arasında 7 zona üzrə keçirilib. Müsabiqədə iştirak etmək üçün respublikanın 45 rayonundan 180-ə qədər əl işi yekun mərhələyə təqdim olunub. Onların arasından 45 nəfər müxtəlif yerlər üzrə mükafatlandırmaya layiq görülüblər”.

Tədbirin davamında müsabiqədə I, II və III yerləri tutan yeniyetmələr Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılıblar.

Qalereya




Teqlər:





Xəbər lenti