Makron iqtidarı Fransanı çökdürür: Maliyyə imkanları fəlakətli həddədir

      Makron iqtidarı Fransanı çökdürür:    Maliyyə imkanları fəlakətli həddədir
  05 Aprel 2024    Oxunub:1146
Fransanın dövlət maliyyəsi fəlakətli vəziyyətdədir. Ölkənin 2017-ci ildən bəri 900 milyard avro borcu yığılıb və borc yükü bu il 57 milyard avroya yüksələcək.
AzVision.az -ın məlumatına görə, bu barədə Avropa Parlamentinin Fransadan olan üzvü Coffrua Didye Avropa Komissiyasına müraciətində yazıb. O, həmçinin xəbərdarlıq edib ki, agentliklər Fransanın reytinqini aşağı salsa, bu, prezident Emmanuel Makron və onun hökumətinə inamı pisləşdirəcək.

Parlamentari həmçinin qeyd edib ki, Fransa Senatının Maliyyə Komitəsi İqtisadiyyat Nazirliyini yoxlayıb və Fransa hökumətini məlumatları gizlətdiyinə görə tənqid edib.

Komitə xəbərdarlıq edib ki, kəsir hökumətin nəzarətindən çıxmağa davam edərsə, 2024 və 2025-ci illərdə müvafiq olaraq ÜDM-in 5,7%-i və 5,9%-i səviyyəsinə çata bilər.

Bununla belə, Komissiyaya təqdim edilən rəsmi statistikaya görə, onun göstəriciləri 4,4% və 3,7% təşkil edib.

"Hökumətin bu fəlakətli fiskal idarəçiliyini nəzərə alaraq və elan edilmiş kəsirlərlə indi nəzərdə tutulan kəsirlər arasındakı fərqi nəzərə alaraq: Komissiya hesab edirmi ki, Fransa hökuməti son büdcəsini tərtib edərkən səhlənkarlıq və ya qeyri-ciddilik göstərmişdir?",- deyə qeyd edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti