ABŞ Avropada ən böyük hərbi təlimlərə başlayıb

   ABŞ Avropada    ən böyük hərbi təlimlərə    başlayıb
  05 Aprel 2024    Oxunub:889
Aprelin 5-də ABŞ-nin quru qoşunları Avropada rəsmi olaraq ən genişmiqyaslı “Defender-2024” hərbi təlimlərinə başlayıblar.
AzVision.az ABŞ Müdafiə Nazirliyinin sözçüsü general Patrik Rayderin bəyanatına istinadən xəbər verir ki, mayın 31-dək davam edəcək təlimlərdə Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində təhdidlərə cavab vermək məşqləri keçiriləcək.

“Bu gün biz tədbirin keçirilməsi üçün avadanlıqla yüklənmiş döyüş gəmilərini göndərməklə ABŞ Ordusunun Avropada ən böyük “Müdafiəçi-24” təliminin rəsmi başlanğıcını qeyd edirik”, - Rayder vurğulayıb.

Təlimlərdə NATO-nun 20-dən çox ölkəsindən və tərəfdaşlarından 40 mindən çox hərbçi iştirak edəcək. “Müdafiəçi-24 təlimləri potensial rəqiblərin qarşısını almaq və Şimali Atlantika Alyansını gücləndirmək səyləri zamanı strateji yerləşdirmə, qarşılıqlı fəaliyyət və hazırlığa diqqət yetirəcək.

AzVision.az


Teqlər: ABŞ   Avropa  





Xəbər lenti