ABŞ İrəvana 65 milon dollardan çox yardım edəcək

 ABŞ İrəvana  65 milon dollardan  çox yardım edəcək
  05 Aprel 2024    Oxunub:974
"ABŞ Ermənistanın iqtisadi və siyasi dayanıqlığını gücləndirmək üçün İrəvana 65 milyon dollardan çox yardım edəcək".
AzVision.az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken Brüsseldə Aİ- ABŞ-Ermənistan üçtərəfli görüşündən əvvəl keçirilmiş mətbuat konfransında deyib.

Aİ Ermənistana 270 milyon avro qrant ayıracaq
"Birləşmiş Ştatlar Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəni idarə etmək və iqtisadi islahatlar aparmaq səylərinə sərmayə qoyur. Biz hökumət büdcəsindən 65 milyon dollardan çox vəsait ayırmağı planlaşdırırıq", - o qeyd edib. Dövlət katibi əlavə edib ki, bu, Vaşinqtonun iki il əvvəl İrəvana göstərdiyi yardımdan 50% çoxdur.

Xatırladaq ki, Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen də İrəvana yardım ayıracaqlarını bəyan edib. Onun sözlərinə görə, Avropa İttifaqı növbəti dörd il ərzində Ermənistana 270 milyon avro qrant ayırmaq niyyətindədir.

AzVision.az



Teqlər:   ABŞ   Ermənistan  





Xəbər lenti