6 rus təyyarəsi dronlarla məhv edildi

   6 rus təyyarəsi dronlarla məhv edildi
  05 Aprel 2024    Oxunub:864
Ukrayna Rusiyanın cənubundakı hədəflərə pilotsuz təyyarələrlə hücumlar həyata keçirib və Rostov vilayətindəki aviabazada altı rus təyyarəsini məhv edib.
AzVision.az “BBC”yə istinadən xəbər verir ki, daha 8 təyyarə ciddi zədələnib.

20 hərbçinin öldüyü və ya yaralandığı iddia edilir. Rusiyadan aerodroma hücum xəbərləri ilə bağlı heç bir məlumat verilməyib.

Bununla belə, Rusiya rəsmiləri 40-dan çox pilotsuz təyyarənin Ukrayna ilə həmsərhəd bölgəni hədəf aldığını bildirib.

Həmidə İbrahimova
AzVision.az





Teqlər:





Xəbər lenti