Fransada 15 yaşlı yeniyetmə döyülərək öldürülüb

   Fransada 15 yaşlı yeniyetmə döyülərək öldürülüb
  05 Aprel 2024    Oxunub:1263
(Oğlanın döyülərək öldürüldüyü məktəbin qarşısı)

Dünən paytaxt Parisin cənubunda yerləşən Viriy-Şatiyon qəsəbəsində məktəbdən çıxıb evə getmək istəyən 15 yaşlı oğlan bir qrup naməlum şəxsin hücumuna məruz qalıb. Oğlanı döyənlər hadisən yerində qaçıblar.
AzVision.az xəbər verir ki, prokuror Qrequar Dulinin sözlərinə görə, uşaq yol kənarında ağır vəziyyətdə tapılaraq dərhal xəstəxanaya çatdırılıb, ancaq bu gün axşamüstü saatlarında aldığı xəsarətlər və ürək-damar, eləcə də tənəffüs sisteminin sıradan çıxması nəticəsində həyatını itirib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Hadisənin meydana gəldiyi məktəbə baş çəkən prezident Emmanuel Makron məktəb mühitində, yeniyetmələr arasında artan zorakılıq hallarından narahatlığını dilə gətirib.

Son günlərdə Fransada bu kimi hallar artıb. Belə ki, ötən günlərdə ölkənin cənubunda yerləşən Monpelye şəhərində də 14 yaşlı qız oxuduğu məktəbin qarşısında döyülərək komaya düşüb. Hadisədə şübhəli bilinən üç nəfər (biri döyülən qızla eyni məktəbdə təhsil alan həmcinsi) saxlanılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   hadisə   cinayət   şagird   məktəb  





Xəbər lenti