Yaponiyada 6 bala yaxın zəlzələ olub

Yaponiyada 6 bala yaxın zəlzələ olub
  06 Aprel 2024    Oxunub:1061
Yaponiya sahillərində 5,5 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Sakit okeanın şimalında, Aomori prefekturasının şərqində, ocağı isə 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir, sunami təhlükəsi elan edilməyib.
AzVision.az



Teqlər:





Xəbər lenti