Xarkova PUA hücumu nəticəsində 6 nəfər ölüb, 10 nəfər yaralanıb

Xarkova PUA hücumu nəticəsində 6 nəfər ölüb,    10 nəfər yaralanıb
  06 Aprel 2024    Oxunub:854
Rusiyanın Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkova endirdiyi zərbələr nəticəsində 6 dinc sakin həlak olub, 10 nəfər yaralanıb.
AzVision.az "Reuters"ə istinadən xəbər verir ki, hücum pilotsuz uçuş aparatları ilə həyata keçirilib.

Məlumata görə, azı doqquz hündürmərtəbəli bina, üç yataqxana, bir sıra inzibati binalar, mağaza, yanacaqdoldurma məntəqəsi və avtomobillərə ziyan dəyib.

Qeyd edək ki, Uraynanın şimal-şərqində yerləşən Xarkov tez-tez Rusiyanın hədəfi olur və son həftələrdə bölgəyə olan hücumlar intensivləşib.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:





Xəbər lenti