Çantada yeni doğulmuş körpə meyiti tapılıb

Çantada yeni doğulmuş körpə meyiti tapılıb
  06 Aprel 2024    Oxunub:784
Rusiyanın paytaxtı Moskvada parkda yeni doğulmuş körpə meyiti aşkarlanıb.
AzVision.az "TASS"a istinadən xəbər verir ki, bu barədə paytaxtın Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb. Müstəntiqlər və kriminoloqlar hadisə yerinə baxış keçiriblər.

Bundan başqa, faktla bağlı yaxın vaxtlarda məhkəmə-tibbi ekspertizası təyin olunacaq.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti