İordaniya XİN rəhbəri: "Uşaqların humanitar atəşkəsə ehtiyacı var"

      İordaniya XİN rəhbəri:    "Uşaqların humanitar atəşkəsə ehtiyacı var"
  06 Aprel 2024    Oxunub:1165
İordaniyanın xarici işlər naziri Əymən Səfədi Qəzza zolağının cənubundakı Rəfəh şəhərinə İsrailin gözlənilən hücumu ilə bağlı narahatlığını dilə gətirib.
AzVision.az xəbər verir ki, o bu barədə "X" hesabında yazıb.

"BMT-nin qurumları, o cümlədən Uşaq Fondu, Ümumdünya Səhiyyə Təşkilatı, Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentlik, Dünya Ərzaq Proqramı Qəzza zolağında törədilən vəhşilikləri dəfələrlə diqqətə çatdırıb. Bu vəhşiliyə son qoymaq üçün onların çağırışına qulaq asmağın vaxtı gəlib. Uşaq Fondu (UNICEF) vurğulayır ki, əgər Rəfəh şəhərinin işğalı əməliyyatı başlayarsa, oradakı 600 min uşağın həyatı üçün açıq təhlükə yaranacaq. Bu yolverilməzdir", - nazir bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İordaniya   nazir   Qəzza   atəşkəs  





Xəbər lenti