Ramin Məmmədov kimdir? - DOSYE

 Ramin Məmmədov kimdir? -  DOSYE
  08 Aprel 2024    Oxunub:1448
Xəbər verdiyimiz kimi, Ramin Ələmşah oğlu Məmmədov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

AzVision.az Ramin Məmmədovun dosyesini təqdim edir.

Ramin Ələmşah oğlu Məmmədov 17 fevral 1979-cu il tarixində Ağdərə şəhərində doğulub. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. Ardınca o, Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirib.

Ramin Məmmədov 2001-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mütəxəssis, 2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri işləyib.

Deputat 2009-16-cı illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, aparat rəhbərinin müavini vəzifələrində çalışıb. R.Məmmədov deputat seçildiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 9 mart 2020-ci il sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsindən azad olunub.

O, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin , həmçinin Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Fransa, İsrail, İtaliya, Koreya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Ramin Məmmədov 1 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs müəyyən edilib.

Deputat “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalları ilə təltif olunub.

İngilis və rus dillərini bilir. Evlidir, bir övladı var.

AzVision.az


Teqlər:





Xəbər lenti