Ərdoğan pakistanlı həmkarı ilə danışıb

Ərdoğan pakistanlı həmkarı ilə danışıb
  06 Aprel 2024    Oxunub:1325
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və pakistanlı həmkarı Asəf Əli Zərdari arasında telefon danışığı baş tutub.
AzVision.az xəbər verir ki, danışıq zamanı Ərdoğan həmkarına Pakistanda meydana gələn terror aktlarında həyatını itirənlərə görə başsağlığı verib, eləcə də qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrikini çatdırıb.

Tərəflər həmçinin qarşılıqlı əlaqələr barədə müzakirə aparıblar. Türkiyə prezidenti əlaqələrin hər sahədə gücləndirməsi zərurətini vurğulayıb və bu çərçivədə yaxın gələcəkdə baş tutası Ali Strateji Əməkdaşlıq Şurasının əhəmiyyətini diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Pakistan   prezident   telefon-danışığı  





Xəbər lenti