Alman gəmisi Qırmızı dənizdə husi hücumunun qarşısını alıb

Alman gəmisi Qırmızı dənizdə husi hücumunun qarşısını alıb
  06 Aprel 2024    Oxunub:1289
Almaniyaya məxsus "Hessen" freqatı "Aspides" əməliyyatı çərçivəsində husi qruplaşmasının Qırmızı dənizdə daha bir ticarət gəmisinə yönəlmiş raketini hədəfə çatmadan vurub.
AzVision.az xəbər verir ki, bu barədə sözügedən missiyanın rəsmiləri məlumat yayıb.

"Əməliyyat səmərəli başa çatıb. Gəmiyə və ekipaj üzvlərinə hər hansı ziyan dəyməyib", - məlumatda bildirilir.

Yeri gəlmişkən, Avropa İttifaqının "Aspides" əməliyyatı Yəməndə fəaliyyət göstərən iranyönümlü husi qruplaşmasının İsraillə əlaqəli ticarət gəmilərinə hücumlarının qarşısını almaq məqsədilə bu ilin fevralında başlanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Almaniya   Qırmızı-dəniz   husilər  





Xəbər lenti