Türkiyədən Qəzzaya növbəti yardım gəmisi göndəriləcək

Bildirilib ki, cəmiyyət tərəfindən həyata keçiriləcək növbəti yardım gəmisinin yüklənmə işləri artıq başlayıb. Yardımlara qida məhsulları ilə yanaşı, gündəlik gigiyena vasitələri və generatorlar da daxildir. Gəminin aprelin 15-də yola çıxması nəzərdə tutulur.
Qeyd edək ki, oktyabrın 7-dən indiyədək Türkiyədən Qəzzaya səkkiz gəmi və 12 təyyarə ilə 42 min ton humanitar yardım göndərilib.
AzVision.az
Teqlər: