“Welt“ Ukraynanın sursat çatışmazlığından yazdı

 “Welt“  Ukraynanın sursat çatışmazlığından yazdı
  08 Aprel 2024    Oxunub:911
Çexiya və Estoniyanın Ukrayna qoşunları üçün mərmi almaq təşəbbüsləri Kiyevi yaxın aylarda kəskin sursat çatışmazlığından xilas etməyəcək.
AzVision.az xəbər verir ki, bu barədə hərbi analitik Karlo Masala Almaniyanın "Welt" telekanalına müsahibəsində məlumat verib.

Uotli Ukraynanı ABŞ-nin düşmənləri sırasına saldı
O qeyd edib ki, əslində Çexiya və Estoniyanın hakim dairələri Kiyev üçün mərmilər tapa biliblər. Lakin indi Praqa və Tallin bu sursatların alınması ilə bağlı danışıqlar aparmalı və müvafiq müqavilələr bağlamalıdırlar.

“Mərmiləri əldə etmək, almaq lazımdır. Sonra onları Ukraynaya çatdırmaq prosesi də var. Bu o deməkdir ki, Kiyev ciddi sursat çatışmazlığı dövründən qaça bilməyəcək”, - Masala qeyd edib.

Eyni zamanda, analitik qeyd edib ki, Ukraynadakı münaqişə zonasına mərmi tədarükü ilə bağlı durum xeyli dərəcədə Avropa ölkələrinin iqtisadi imkanlarından asılıdır. Maraqlıdır ki, o, ABŞ-dakı seçki yarışının gedişatının döyüş meydanındakı vəziyyətə az təsir etdiyini açıqlayıb.

AzVision.az



Teqlər:   Ukrayna   Sursat  





Xəbər lenti